668954ccbe6de202407242932
Futbolçu oyun zamanı vəfat etdi - FOTO

Misir millisinin və yerli “Fyuçe” klubunun futbolçusu Əhməd Refaat infarkt keçirərək dünyasını dəyişib.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

 

Hadisə Misir çempionatının XI turunda “Əl-İttihad”a qarşı keçirilən matç zamanı baş verib. 

 

31 yaşlı forvard oyunun başa çatmasına 2 dəqiqə qalmış yerə yıxılıb. 

Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, Əhməd Refaat peşəkar karyerası ərzində 211 oyun keçirib. O, Misir millisində isə 7 matçda 2 qolla yadda qalıb.(Qafqazinfo)

    06.07.2024 18:28
    271

    (MGID): :
    OXŞAR XƏBƏRLƏR