64da49f42d137202308233620
Füzulidə ağır yol qəzası - Ölən və yaralananlar var

Avqustun 13-də saat 19 radələrində Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Panarama.az   Redaktor.az-a istinadən  xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Ağstafa rayon sakini E.Həsənovun idarə etdiyi “Mercedes” markalı və Salyan rayon sakini R.Nəzərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə R.Nəzərov və sərnişini Bakı şəhər sakini Y.Əhmədov hadisə yerində ölüblər, digər 5 sərnişin xəstəxanaya yerləşdirilib.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

14.08.2023 19:35
182

(MGID): :
OXŞAR XƏBƏRLƏR