Oxu.Az-ın məlumatına görə ki, hərbçilərin hər ikisi Azərbaycan Quru Qoşunlarında xidmət ediblər. Onlar ötən ilin məzunları olublar.
Hərbçilərin şəkillərini təqdim edirik:
00:12
Ağcabədidə ölümlə nəticələnən qəza baş verib.
Panarama.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hərəkətdə olan VAZ-2106 markalı 10-CM-225 dövlət qeydiyyat nişanlı avtomobil traktorla toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonunun Qaraçuxur qəsəbə sakini, 2002-ci il təvəllüdlü Şamil Pənah oğlu Əmirəliyev və Qazax rayonunun Qaymaqlı kənd sakini, 2002-ci il təvəllüdlü Vaqif Valeh oğlu Əhmədov hadisə yerində həlak olublar.
Onların hərbçilər olduqları bildirilir.
Faktla bağlı araşdırma aparılır