Panarama.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
Nazirliyin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan görüntülərdəki vətəndaşın şəxsiyyəti artıq polis əməkdaşları tərəfindən müəyyən edilib.
"O, əvvəllər dəfələrlə məhkum olunmuş N.İsmayılovdur. Vətəndaşın psixoloji vəziyyətinin yerində olmadığı nəzərə alındığından həmin şəxsin ixtisaslaşmış həkim briqadasına təhvil verilməsi və tibb müəssisəsinə yerləşdirilməsi təmin ediləcək".