Gədəbəydə minik avtomobili ağaca çırpılıb, ölən və yaralanan var.
Panarama.az bildirib ki, bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gədəbəy rayonunun Qaradağ kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində iki nəfərin - 2003-cü il təvəllüdlü Əli Süleymanlı və 1997-ci il təvəllüdlü Rasim Gülməmmədovun cansız bədəni nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.