"Yeni tədris ili üçün vahid tələbə kartı ilə bağlı ali təhsil müəssisələri ilə müzakirələr aparmışıq və müəyyən razılıqlara gəlmişik".
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun (TİF) 3 illik fəaliyyətinə həsr olunmuş hesabat tədbirində TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.
O bildirib ki, vahid tələbə kartı ilə müxtəlif ödəmə sistemi, giriş kartı, nəqliyyat, kəşbək sistemində endirimlər təmin olunacaq:
“Eyni zamanda, özəl sektorla bir neçə universitetin tələbə yataqxanasının təmir olunması və onun istifadəyə verilməsi ilə bağlı layihələrə də başlanılacaq”.