66ef1b710ff70202409241601
Gəlin maşını qəzaya düşdü: Bəy yaralandı, ölən var - FOTO
Naxçıvanda ağır yol qəzası olub.

Panarama.az Report-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "VAZ-2106"-nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb.

Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər - Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb.

Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.

21.09.2024 23:13
95

(MGID): :
OXŞAR XƏBƏRLƏR