6782166256748202501255738
Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI... VİDEO


Qazaxda gənc qadının dərmandan zəhərlənərək ölməsi ilə bağlı təfərrüat məlum olub.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, 25 yaşlı A.Əliyeva hadisəni anasının və bacısının gözləri qarşısında edib.

Məlumata görə, gəmirici əleyhinə dərmanı içdikdən sonra qadın özünə bıçaqla xəsarət yetirib.


12 yanvar, 22:24


Qazaxda qadının dərmandan zəhərlənməsinə TƏBİB-dən açıqlama verilib.

TƏBIB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 12.01.2025-ci il tarixində saat 16:30-da 2000-cil təvvəlüdlü şəxsin (qadın cinsli) gəmiricilər əleyhinə kimyəvi dərman zəhərlənməsi şübhəsilə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub.

Dərhal çağırış ünvanına briqada cəlb olunub.

Lakin Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunarkən şəxsin ölüm faktı qeydə alınıb.


 

 12 yanvar, 19:36


 Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb. 

 Panarama.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb. Belə ki, 25 yaşlı A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb. A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
13.01.2025 09:41
161

(MGID): :
OXŞAR XƏBƏRLƏR