64eb4c01b6e24202308231337
Gənc qalmaq istəyirsinizsə, bunlardan imtina edin

Düzgün pəhriz və bir sıra zərərli qidalardan imtina etsəniz, gəncliyinizi uzada bilərsiniz. 


Bunu dietoloq, metabolik pozğunluqların və piylənmənin müalicəsi və profilaktikası mərkəzinin əməkdaşı Natalya Silina deyib.

Həkim izah edib ki, buna nail olmaq istəyən şəxs tərkibində çoxlu doymuş yağ və əlavə şəkər olan qidalardan, yəni şokoladlı süddən, ətirli şirin kəsmik və qatıqdan, kolbasadan, mayonezdən və sənaye dondurmasından imtina etməli olacaq.


Həkim qeyd edib ki, ümumiyyətlə şəkər yeməmək və ya istehlakı gündə maksimum 4 çay qaşığı qədər azaltmaq daha yaxşıdır. O, həmçinin əlavə edib ki, duz qəbulu da azaldılmalı və gündə 5 qramdan çox olmamalıdır.


“Bu tövsiyələrə əməl etsəniz, xərçəng, ürək-damar xəstəlikləri, demansın inkişaf riskini azalda bilərsiniz. Fiziki məşq və stressi məhdudlaşdırmaq da son dərəcə vacibdir”,-deyə həkim vurğulayıb./Gundem.az 


27.08.2023 17:11
193

(MGID): :
OXŞAR XƏBƏRLƏR