Bu gün Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın toyudur.
Panarama.az bildirir ki, BAKU.WS-in məlumatına görə, toy Gəncə şəhərindəki məkanlardan birində keçirilir. Sevil nişanlısı Talış bəylə evlənir.
Xatırladaq ki, ötən ilin dekabrında cütlüyün nikah mərasimi olub.
Sevilin ailə qurduğu gənc onu dağıntılar altından çıxaran sinif yoldaşıdır.
Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.