653662c2a65be202310231042
Gəncədə avtobus aşdı: Xəsarət alanlar var - FOTO/VİDEO - YENİLƏNİB
Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı yeddiyə yaxın şəxs xəsarət alıb. Panarama.az BAKU.WS-ə  istinadən xəbər verir ki, həmin şəxslərin xəstəxanaya təxliyəsi aparılır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar: “Qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib. Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək”. Hadisə zamanı ölüm qeydə alınmayıb.


*** 14:47

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Panarama.az BAKU.WS-ə   istinadən xəbər verir ki, hadisə şəhərin Xan Bağı ərazisində qeydə alınıb. 1 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb.İlkin məlumata görə, xəsarət alanlar var. Məlumata görə, avtobusun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunurmuş, işlər yarımçıq saxlanılıb.


23.10.2023 16:09
190

(MGID): :
OXŞAR XƏBƏRLƏR