6597407f420c4202401243423
Gəncədə BMW yanıb - ANBAAN VİDEO

Gəncədə yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Belə ki BMW markalı minik maşını hərəkətdə olan zaman anidən yanmağa başlayıb.

Dərhal hadisə yerinə FHN-in Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Avtomobil yanğınsöndürənlər tərəfindən söndürülüb, minik maşınının qalan hissəsi yanğından mühafizə edilib./baku.ws


05.01.2024 03:31
340

(MGID): :
OXŞAR XƏBƏRLƏR