66d47d1a8c093202409244130
Gəncədə fəhlə bədbəxt hadisə nəticəsində öldü

Gəncədə bədbəxt hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Bildirilib ki, fəhlə işləyən 1968-ci il təvəllüdlü N.Tağıyevin üstünə armatur topası düşüb.

O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

01.09.2024 18:40
139

(MGID): :
OXŞAR XƏBƏRLƏR