APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü E.Huseynov və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü U.Huseynova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. U.Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, hadisəni E.Huseynovun bacısı oğlu R.Abbasov törədib. o, saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.