67136be9146fa202410242057
Gəncədə qadın şəkilləri ilə şantaj edilib - Saxlanılan var

Gəncədə qadın şəkilləri və barəsində rüsvayedici məlumatların paylaşılması ilə hədələnib.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Gəncə şəhər sakini olan bir xanım Gəncə Şəhər Baş Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin ona zəng edərək şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini bildirib.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sadiq Salehov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19.10.2024 12:19
1176

(MGID): :
OXŞAR XƏBƏRLƏR