Gəncədə evdə baş verən yanğında ölən 1966-cı il təvəllüdlü Kamil Quliyev Daşkəsən rayonunun keçmiş prokuroru mərhum Nəbi Quliyevin oğludur.
Panarama.az report-a istinadən xəbər verir ki, Kamil Quliyev evdə tək yaşayırmış və səhhətində problemlər olub.
Quliyevlər əslən Kəlbəcər rayonundandırlar.
Qeyd edək ki, Gəncə şəhərində ümumi sahəsi 190 kvadratmetr (hər mərtəbəsi 95 kvadratmetr) olan ikimərtəbəli yeddiotaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 kvadratmetr sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
---------
12:59
Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb.
Panarama.az bildirir ki, FHN-dən Milli.Az-a verilən xəbərə görə, Gəncə şəhərində ümumi sahəsi 190 m² (hər mərtəbəsi 95 m²) olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində bir otağında ev əşyaları 50 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
--------
11:43
Gəncədə yanğın hadisəsi baş verib.
Panarama.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Bursa küçəsində qeydə alınıb. Belə ki sözü gedən ünvanda yerləşən fərdi yaşayış evində yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürmə qüvvələri və canlı qüvvəsi cəlb olunub.
Yanğın kəşfiyyatı zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.