6777a7edada13202501250341
Gənclərin qisas hissi qanlı hadisə ilə nəticələndi TƏFƏRRÜAT/VİDEO

Ağstafada iki gəncin mübahisəsi qanlı və insanlığa sığmayan hadisə ilə yekunlaşıb.

Panarama.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, Ağstafa rayon sakinləri - Alim Məmmədov və Turan Nəsibli arasında mübahisə düşüb. İlkin məlumata görə, davaya səbəb mobil telefon alqı-satqısı olub. Alim və bir neçə nəfər dostları  onun adından istifadə etdiyi üçün Turanı çay kənarına apararaq döyüb, mobil telefona çəkərək üzr istədib və nalayiq ifadələr işlədərək həmin görüntüləri müəyyən şəxslər arasında yayıb.

Bundan sonra Turanın atası 53 yaşlı Şəmkir Nəsibov Alimi oğlu ilə barışdırmaq adı ilə evinə qonaq dəvət edib. İddiaya görə, daha sonra Şəmkir Nəsibov, oğlu Turan Nəsibli və bir neçə başqa şəxs Alimin əllərini  bağlayaraq ona işgəncələr verib, sağlamlığa ciddi zərər vuracaq qədər döyüb, kəsici-deşici alətlərlə baş nahiyəsindən xəsarətlər yetiriblər.

Alim Məmmədov Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vətəndaşa xuliqanlıqla işgəncə verən ata və oğul Ağstafa polisi tərəfindən ifşa olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan şəxslər müəyyən olunublar.

Qeyd edilib ki, görüntülərdə əks olunan və ümumilikdə hadisədə birbaşa və ya bilavasitə iştirakının olduğu şübhəli bilinən şəxslərin də məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


09.01.2025 22:45
129

(MGID): :
OXŞAR XƏBƏRLƏR