651e3f40c36fb202310234448
Goranboyda dəhşət - Camışa görə 6 nəfər...

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Panarama.az  APA-ya istinadən bildirir ki, hadisə rayonun Qanqərvənd kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını qarşısına çıxana camışa çırpılıb.

Qəza zamanı altı nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanların adı aşağıdakı kimidir:

Razim Quliyev (1982);

Nemət Şirinov (1974);

Uğur Mehdiyev (2005);

Alisə Şirinova (1978);

Mahirə Quliyeva (1954);

Əli Quliyev (2017).

Faktla bağlı araşdırma aparılır.

05.10.2023 08:44
255

(MGID): :
OXŞAR XƏBƏRLƏR