64e20c7a0e15d202308235210
Goranboyda yük maşını aşdı: Xəsarət alan var - VİDEO

Goranboy rayonunda yük maşınının aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Panarama.az  BAKU.TV-yə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goran qəsəbəsi ərazisində olub.

Belə ki, idarəetmədən çıxan “KamAZ” markalı yük maşını aşıb, daşınan mişar daşları ətrafa səpələnib.
Qəza nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


20.08.2023 16:48
153

(MGID): :
OXŞAR XƏBƏRLƏR