Göyçayda avqustun 15-də itkin düşən şəhər sakini, 1958-ci il təvəllüdlü Lətifə Mehdi qızı Ələsgərovanın bu gün axşam saatlarında Məlikkənd kəndi ərazisindəki su kanalından meyiti aşkar olunub.
Panarama.az Lent.az-a istinadən bildirir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirlib. Onun özünə qəsd etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.