Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 29-u günün birinci yarısında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Goranboy, Naftalan, Qazax, Ağstafa, Daşkəsən, Tovuz, Kəlbəcər, Laçın, Şabran, Xızı, Qobustan, Siyəzən, Neftçalada şimal-qərb küləyi əsəcək. Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.