65cf3a4ec2815202402243454
Gülay Kamillə münasibətlərindən danışdı

"Kamili də, məni də sevən insanlar çoxdur. Biz birlikdə olanda insanlar üçün çox maraqlı olur".

Panarama.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı "Xəbərin var?" proqramında deyib. Sənətçi qızı Sahilə və övladının atası, idmançı Kamillə Zeynallı ilə münasibətlərindən danışıb:

"Qızım Sahilə o gün dərsdən çıxıb atası ilə restorana yemək yeməyə gedib. Mən də işlərimi bitirib yanlarına getdim. Görürəm ki, ətrafdakı insanlar yeməyi kənara qoyub bizə baxırlar. Biz insanlara maraqlıyıq. Onlar bizi sevir və diqqət ayırır. Göz önündə və diqqət mərkəzində olmağı çox sevirəm. Həm mən, həm də Kamil birdən-birə bu yerə gəlib çıxmamışıq. Hər ikimizin çox böyük əziyyətimiz və zəhmətimiz olub. Əgər biz indi bunun bəhrəsini görürüksə, bu bizə yalnız xoşbəxtlik verə bilər".


16.02.2024 14:17
681

(MGID): :
OXŞAR XƏBƏRLƏR