
Milli komandamız kuryoz qolla yarımfinalda - YENİLƏNİR, VİDEO
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bu gün 1/4 final mərhələsi start götürüb.
Panarama.az Offsideplus.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası İngiltərə yığması ilə üz-üzə gələcək.
Oyun Milli Gimnastika Arenasında saat 20:30-da başlanacaq.
1/4 final, 29 may
17:30 Macarıstan- Mavritaniya 1:0
19:00 Monteneqro- Çexiya 1:0
2017-ci ildə dünya çempionu titulu qazanmış Çexiya yığması Bakını əliboş tərk edir. Milli komandamız yarımfinala çıxacağı təqdirdə, məhz Monteneqro ilə görüşəcək
20:30
İngiltərə - AZƏRBAYCAN 1:2
Mussa Bham, 34 - Təmkin Xəlilzadə, 14; Fitscerald, 48 (avtoqol)
22:00 Bosniya və Herseqovina - Serbiya
Çexlərin məğlubiyyəti o deməkdir ki, minifutbol üzrə dünya çempionatında kubokun yeni sahibi olacaq. Çünki Çexiya kollektivinə ABŞ qrup mərhələsində, Rumıniya isə 1/8 finalda mübarizəni dayandırıb. Üçüncü dünya çempionu Meksikaya gəlincə, bu komanda turnirə bir neçə gün qalmış iştirakdan imtina edib.
Qeyd edək ki, yeni, sayca 5-ci dünya çempionu iyunun 1-də məlum olacaq.