65570f07b5120202311235815
Gülşən Qurbanovanın anım günüdür

Bu gün Azərbaycanın xalq artisti, mərhum aktrisa Gülşən Qurbanovanın anım günüdür.

Panarama.az xəbər verir ki, o, 19 dekabr 1950-ci ildə Bakıda dünyaya gəlib.

1974-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirən Gülşən Qurbanova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlamış və ömrünün son gününə qədər bu kollektivdə çalışıb. Həmin ildən Gənc Tamaşaçılar Teatrında çıxış edib. Xalq artisti Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşğun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) rollarında çəkilib.

Gülşən Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

2006-cı il noyabrın 17-də şou proqramda iştirak edən Gülşən Qurbanova axşam evə gələrkən üçüncü dəfə infarkt keçirərək vəfat edib.

Allah rəhmət etsin!/baku.ws

17.11.2023 10:55
1357

(MGID): :
OXŞAR XƏBƏRLƏR