6523600c599b6202310230604
Gün yeni tanışlıqlar üçün əlverişli olacaq...Günün ulduz falı...

Qoç, 9 sentyabr, 2023-cü il


Ətrafınızdakı insanlar işlərinizə həmişəkindən daha tez-tez qarışaraq, çoxlu problem yaradacaq.

Buna baxmayaraq, heç kim sizin hədəflərinizə çatmağınıza mane olmayacaq.

Planladığınızdan da çox vaxtınız olacaq.

Səhər sizi xırda şeylər  məqsədinizdən yayındırmağa çalışsa da, yayındıra bilməz.

Axşam yaxınlaşdıqca diqqəti cəmləmək çətinləşəcək.

Dincəlmək, diqqətinizi gündəlik qayğılardan yayındırmaq istəyəcəksiniz. İstirahət üçün fürsətiniz olacaq. Ola bilər ki, sizi hansısa maraqlı tədbirə dəvət etsinlər.

Həmin tədbirdə qeyri-adi və parlaq insanlarla tanış olmaq imkanı olacaq.

Onlarla ünsiyyət sizə güc verəcək. Daha pozitiv olacaqsınız.


Buğa, 9 sentyabr, 2023-cü il


Əgər gün üçün böyük planlarınız varsa, israrlı olmağa çalışın.

Hər şey  istdəyiniz kimi olmayacaq.

Çox güman ki, bir neçə cəhd etmək lazım olacaq.

Dəstək üçün köhnə dostlara müraciət edə bilərsiniz, onlar sizi ruhdan salmayacaqlar.

Ancaq ən vacib suallarla  bağlı özünüz qərar verməlisiniz.

Gün ünsiyyət üçün əlverişli olacaq. Xoş bir tanışlıq uzun bir dostluğa və ya gözəl bir romantik hekayəyə çevrilə bilər.

Hər şey sizin təşəbbüsü ələ almaq istəyinizdən asılı olacaq.


Əkizlər, 9 sentyabr, 2023-cü il


Günün əvvəlində diqqətli olun, ciddi işlərlə məşğul olmağa tələsməyin.

Çünki gün içində xırda anlaşılmazlıqlar, uğursuz təsadüflər olacaq.

Eyni zamanda düzgün qərarlar qəbul etməyinizə mane olacaq hadisələrin baş vermə ehtimalı yüksəkdir. Zaman keçdikcə müsbət tendensiyaların təsiri artacaq.

Günün ikinci yarısı ailə işləri və  yaxınlarınıza kömək etmək üçün əlverişli olacaq.

Gün səyahət üçün mükəmməl gündür. Dostlarla yola çıxsanız, əla vaxt keçirəcəksiniz.

Yaxşı alış-veriş etmək və ya hansısa perspektivli layihəyə sərmayə qoymaq şansı olacaq.


Xərçəng, 9 sentyabr, 2023-cü il


Həyata keçirilməsini gecikdirmək istəmədiyiniz yeni ideyalar, cəsarətli planlar olacaq.

Yaxınlıqda yaxşı məsləhət verməyə və çətinliklər yaranarsa, köməyə gəlməyə hazır olan insanlar var.

İş planlarının birlikdə həyata keçirilməsi üçün  asanlıqla razılaşa bilərsiniz, fikir ayrılıqları və mübahisələr üçün heç bir səbəb olmayacaq. Sənədlərlə işləyəcək, rəsmi müraciətlər tərtib edəcək Xərçənglər üçün bu gün bəzi çətinliklər yarana bilər. Ancaq siz bunun öhdəsindən gələcəksiniz.

Bəzi kiçik məişət problemləri gözlənilir. Bu səbəbdən də,  planlaşdırılan səfərləri və görüşləri təxirə salacaqsınız.


Şir, 9 sentyabr, 2023-cü il


Günün başlanğıcı sizi sevindirəcək və ruhlandıracaq hadisələr baş verəcək. Sizi maraqlı fikirlərə sövq edəcək, planlarınıza təsir edəcək xəbər alacağınız istisna edilmir.

Planlarınızı dərhal həyata keçirməyə başlaya bilərsiniz. Vəziyyət yaxşılaşacaq.

Kiminsə sizə kömək edib-etməməyindən asılı olmayaraq, uğura tez nail olacaqsınız.

Günün ikinci yarısında əhval-ruhiyyəniz pisləşə bilər.

Çox yorulmuşunuz, dincəlmək istəyirsiniz. Köhnə bir dostla söhbət və yaxud köhnə hobbi ilə məşğul olmaq  sizi sakitləşdirəcək.


Qız, 9 sentyabr, 2023-cü il


Gün olduqca gərgin başlayır. Planlarınızın həyata keçirilməsinə mane olacaq xoşagəlməz hadisələr, gözlənilməz xəbərlər ola bilər.

Narahat olmayın, intuisiyanıza qulaq asın. İntiusiyanız vəziyyəti yaxşılığa doğru dəyişmək üçün nə etmək lazım olduğunu sizə hiss etdirəcək.

Günün ikinci yarısı təhsil və intellektual iş, məlumatların toplanması və təhlili, yaradıcılıq, ixtiraçılıq, hazırcavablıq tələb edən istənilən fəaliyyət üçün münasibdir.

Gün yeni tanışlıqlar üçün əlverişli olacaq. Tez bir zamanda müxtəlif insanlarla ümumi dil tapacaqsınız.


Tərəzi, 9 sentyabr, 2023-cü il


Evdə həmişəkindən daha çox narahatlıq olacaq. Kiçik məişət problemlərinin həlli planlaşdırılmamış xərclər tələb edə bilər.  Burada ciddi məbləğlərdən söhbət getmir.  Gözlənilməz səfərlər mümkündür. Bu sizi sevindirsə də, planlarınızı dəyişməyə məcbur edəcək.

Həddindən artıq işləməyin və stresli vəziyyətlərdən qaçmağa çalışın. Yaxınlarınızın rifahının qayğısına qalmaq istəyiniz başa düşüləndir.

Amma bu gün öz maraqlarınızı da xatırlamalısınız. Başqalarının sizdən istədiklərini dərhal yerinizə yetirməyin. Hər şey gözləyə bilər. Və unutmayın, hər şeyə “hə” demək insanı dəyərsizləşdirir.


Əqrəb, 9 sentyabr, 2023-cü il


Hər şey gözlədiyiniz kimi alınmayacaq. Amma günü “pis gün” adlandırmaq olmaz. Müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək.

Bir çox vəziyyətlərdə uğur qazanacaqsınız.

Son zamanlar sizi daha çox narahat edən məsələləri də uğurla həll edə biləcəksiniz.

İşlərinizdə yeni tanışlar yardım edə bilər.   Onlarla dost olma ehtimalı da var.

Gün maliyyə baxımından uğurlu olacaq. Gözlənilməz mənbələrdən pul daxilolmaları, mümkündür.

Bəzi Əqrəblər köhnə borclarını geri alacaq və ya uzun müddət əvvəl görülən işlərə xidmət haqqı ala biləcəklər.


Oxatan, 9 sentyabr, 2023-cü il


Səhər mübahisələrdən qaçmağa çalışın. İstənilən mühüm məsələnin müzakirəsini təxirə salmaq vacibdir.

Çünki başqaları ilə razılaşmaq həmişəkindən daha çətin olacaq.

Hətta köhnə tanışlarınızı belə həmişə düzgün başa düşməyəcəksiniz.

Şərait sizə qısa bir fasilə vermək, sadəcə istirahət etmək imkanı verirsə, bunu edin.

Belə olarsa,  dərhal özünüzü daha yaxşı hiss edəcəksiniz.

Günün ikinci yarısı ünsiyyət üçün daha əlverişlidir.

Səyahət üçün uyğun gündür.   Bu gün səyahətləriniz xoş təəssürat buraxacaq.


Oğlaq, 9 sentyabr, 2023-cü il


Günə vacib işlərlə başlasanız, gün çox yaxşı keçəcək.

Bu gün uzun müddətdir mümkün olmayan işlərin öhdəsindən gələ biləcək,  çətin işləri həll edə biləcəksiniz.

Faydalı bir şey öyrənmək, başqalarından əvvəl dəyərli məlumatlar əldə etmək şansı olacaq.

Son zamanlar doğru yolu seçdiklərindən şübhələnən Oğlaqlar üçün yeni perspektivlər açılacaq.

Günün ikinci yarısında diqqətinizi ailə məsələlərinə yönəltməli olacaqsınız.

Yaxınlarınız üçün qayğınız və diqqətiniz vacib olacaq. Romantik bir görüş  qeyri-adi keçəcək.


Dolça, 9 sentyabr, 2023-cü il


Çətin vəzifələr sizi qorxutmayacaq, çətinliklər sizi planlarınızdan əl çəkməyə məcbur etməyəcək.

Düşmənləriniz sizə zərər verə bilməyəcək. Əgər səbr etsəniz və öz gücünüzə arxalansanız, hər şeydə uğur qazana bilərsiniz.

Şəxsi münasibətlərdə təşəbbüs göstərməyə dəyər.

Bu, çoxdan xəyal etdiyiniz yaxşılığa doğru dəyişikliklərin başlanğıcı olacaq.

Axşam yaxınlarınızla gələcəklə bağlı planların müzakirəsi üçün münasibdir. Heç bir fikir ayrılığı və mübahisə olmayacaq.

Tez bir zamanda hamının bəyənəcəyi bir həll yolu  tapılacaq.


Balıq, 9 sentyabr, 2023-cü il


Özünüzdən mümkün olmayanı tələb etməyin.

Bu gün hətta adi işlər  daha çox vaxt və səy tələb edə bilər.

Uğursuz vəziyyətlər bütün planları poza bilər. Çalışın ki,  sizdən asılı olan vəziyyətlərə diqqət yetirsəniz.

Ortaya çıxan problemlərin öhdəsindən gələcək və uğur qazanacaqsınız.

Pulla bağlı hər şeydə daha diqqətli olmağa dəyər. Alış -veriş etməyə tələsməyin. Düzgün seçim etdiyinizə əmin olmaq üçün bir az vaxt ayırmaq daha yaxşıdır. Axşam xoş xəbərlər və xoş sürprizlər vəd edir.

Romantik görüşlərə gedən Balıqlar əla vaxt keçirəcəklər.

09.10.2023 05:57
345

(MGID): :
OXŞAR XƏBƏRLƏR