64d8dcc1881bd202308233809
Gündüz yuxusu beynin yaşlanmasına necə təsir edir?

Alimlər gündüz yuxusunun beynin qocalmasını gecikdirdiyini müəyyən ediblər.

Panarama.az  xarici mətbuata istinadən xəbər verir ki, London Universitet Kollecinin tədqiqatçıları 35-40 yaş arası 69 mindən çox insanın məlumatlarını təhlil ediblər. 

Araşdırmalara görə, gündüz yuxusu beyin sağlamlığını qoruyur.

Alimlər deyirlər ki, 35 yaşdan başlayaraq insan beynində ildə 0,2-0,5 faiz tədricən azalma olur, 60 yaşa çatdıqdan sonra isə bu proses sürətlənir. Bu, yaddaşın gecikməsinə, idrakın pozulmasına və demensiyaya səbəb olur. Gündüz saatlarında 1-2 saat yatmaq bütün bunların qarşısını alır. Araşdırmalar göstərib ki, gün ərzində 5-15 dəqiqə yatmaqla belə, ayıqlığınızı və zehni performansınızı artıra bilərsiniz. 

Qeyd edək ki, yuxu üçün ən yaxşı vaxt nahardan sonrakı dövrdür. 

13.08.2023 17:37
292

(MGID): :
OXŞAR XƏBƏRLƏR