Qoç - Emosional durumlar gərgin vəziyyətinizdən çıxışa təkan verə bilər. Narahat olmayın, situasiyadan çəkinməyin. Sonuclar müsbət olacaq. Durumu təhlil edin. İşlərdə və şəxsi münasibətlərdə daha praktik olun.
Günün ikinci yarısında özünüzü sentimental hiss edə bilərsiniz. Ötənlərdəki hadisələrdən biri ilə bağlı hissləriniz təlatümə gələcək. Yaşamınızın bəzi məqamlarına yenidən nəzər salın. Yanlış qərarlar verməyin.
Buğa - Sərt və kobud olmayın. Hissiyyata qapılsanız, ciddi səhvlər olacaq. Vəziyyəti təhlil edərək sərfəli nüansları aşkarlamağa can atın. Kiminsə sizdən sui-istifadə etməsinə, təzyiq göstərməsinə imkan verməyin. Qətiyyətli, iradəli olun.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə diqqətli olun. Şəxsi münasibətlərdəki problemin həlli, dəyər verdiyiniz insanla ünsiyyətin normaya salınması üçün yaxşı zamandır.
Köhnə dostlardan biri ilə qarşılaşa bilərsiniz.
Əkizlər - Günün ilk yarısında məhsuldar ritmdə çalışın. Ən müxtəlif məsələlərin öhdəsindən gələ bilərsiniz. Emosional fon stabilləşəcək. Duruma daha adekvat nəzər salın. Yaxın gələcəklə bağlı mühüm işləri dəqiq planlaşdırın. Hədəf və məqsədləri yenidən bəlirləyin.
Günün ikinci yarısında şəxsi münasibətlərə fikir ayrılığı kölgə sala bilər. Səbirli, eyni zamanda mövqelərinizdə səbatlı olsanız, anlaşmaya nail olacaqsınız. Səfər və ya ezamiyyət uğurlu alınacaq. Avantüralara aldanaraq vədlərə şirniklənməyin.
Xərçəng - Günün ilk yarısında yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Uğur əldə edəcəksiniz. Ruh yüksəkliyi pis deyil, amma praqmatik olun. Qarşınıza qoyduğunuz məqsədlər irreal təsir bağışlamamalıdır.
Günün ikinci yarısında şəxsi münasibətlərinizdə ciddi irəliləyişlər olacaq. Əks cins mənsubu ilə söhbətlərdə həssas davranın. Romantik əhval müəyyən problemlər yarada bilər. Sayıq olun.
Şir - Yaxın ətrafınızdakı insanlardan dəstək və yardım almaq istəyirsinizsə, aqressiya nümayişi heç də effektiv metod deyil. Ünsiyyət, həmsöhbətin problemlərinə səmimi maraq yeni həmfikirlər tapmağa, işgüzar tərəfdaşların sayını artırmağa imkan verəcək.
Günün ikinci yarısı maliyyə məsələlərinin müzakirəsi, ağır vəziyyətə düşmüş insana yardım üçün əlverişlidir.
Yaxınlarınızla təmaslarda alicənab, həssas olun. Ailə üzvlərinin qarşılaşdıqları maneəni aradan qaldırın. Fiziki sağlamlıq üçün problem olmayacaq. Səhhətinizə fikir verin.
Qız - Yaşadığınız durumu qiymətləndirəndə hisslərin əsiri olmayın. Laqeydləşərək özünüzü kənar və soyuqqanlı müşahidəçi sansanız, problemlərin sayı artacaq. Ümumi probemlərdən yaxanızı kənara çəkməyin. Yaxınlarınızın dərdindən hali olun.
Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniyanı qorumaq asan olmasa da, buna çalışın. Ailə məsələlərinin həllində eqoist olmayın.
Axşam saatlarında sevdiyiniz insanla danışın. Evdən uzaqda əyləncəyə qatılmayın.
Tərəzi - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa can atmayın. Hadisələrin gedişatından asılı olaraq planlara dəyişikliklər edilməlidir. İntuisiyanıza güvənin, rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın. Pozitiv olun.
Günün ikinci yarısında yorğunluq hiss edə bilərsiniz. Yaxınlarınızla münasibətlərdə sərinliyə yol verməyin. Tənha qalmaq istəyəcəksiniz. İstəyinizi reallaşdırın. Şəxsi arealda qalmaq qüvvələrinizi bərpa etməyə imkan verəcək.
Əqrəb - Yaradıcılıq potensialınızın səviyyəsi artacaq. Sizə xas fərdiyyətçiliyi nümayiş etdirməyə imkan verəcək maraqlı ideyalar yaranacaq. Psixologiya və fəlsəfəyə maraq artacaq. Sakit, soyuqqanlı olun. Yaxın ətrafınızdakı insanlarla münaqişəli vəziyyət yaratmayın.
Günün ikinci yarısında ehtiyaclarınızı təmin etməyə, tələblərinizi realaşdırmağa can atın. Fərdiyyətçilik və tənha qalmağa istək artacaq. Şəxsi münasibətlərdə irəliləyişlər olacaq.
Axşam saatlarında normal istirahət edin.
Oxatan - Ünsiyyət üçün yaxşı zamandır. Sizə birmənalı yanaşmayan insanla belə, əlaqələrdə soyuq yellərin əsməyinə imkan verməyin. Danışıqlar aparmaq, dil tapmaq, güzəştli varianta nail olmaq mümkündür.
Günün ikinci yarısında həmsöhbətinizin dediklərinə sayğı bəsləyin, onun mövqeyini qulaqardına vurmayın. İşə yanaşmada ənənəvi hal almış metodları bilmərrə unutmayın.
Kiçik, xırda məsələlərə görə yaxınlarınızla kəskin mübahisələr etməyin. İlk baxışdan tam normal müzakirələr ciddi incikliyə səbəb ola bilər. Axşam saatlarına yaxın emosional gərginlik artacaq.
Oğlaq - Günün ilk yarısında səmimi, həlim olun. Təmkin və səbri unutmayın. Yeni müştərilər, sifarişçilər və ya işgüzar tərəfdaşlar qazana bilərsiniz. Çevik olun, situasiyadakı dəyişiklikləri nəzərə alın.
Günün ikinci yarısında yeniliklərdən faydalanın. İnnovativ olun, islahatlardan çəkinməyin. Güzəştə meylli olsanız, işlərinizdə irəliləyişlərə nail olacaqsınız. Ailə həyatındakı uğurlu durum sevdiyiniz insanla münasibətlərin normallaşmasına səbəb olacaq. Romantik, zərif hisslər zamanıdır. Qarşılıqlı sayğının səviyyəsini artırın.
Axşam saatlarını aktiv istirahətə həsr edin.
Dolça - Məhsuldar və maraqlı iş günüdür. Qarşınızda duran məsələlər asan deyil. Amma onların öhdəsindən sürətlə gələcəksiniz. Təxəyyülünüzə həsəd aparmaq olar. Məqsədə çatmağın yeni yollarını arayın. Problemlərin həllində orijinal olun.
Günün ikinci yarısında maliyyə fonu pis deyil. Emosiyalarınıza hakim olun. Axşam saatlarında dostlarınızla görüşün, problemi onlarla müzakirə edin.
Sevdiyiniz insanın istəklərini qulaqardına vurmayın.
Balıqlar - Sizdən təcrübəli və nüfuzlu insanlarla toqquşmalardan yayının. Belə situasiyadan asanlıqla çıxmaq müşkül işdir. Üstəlik, münasibətlərdəki gərginlik əhvalınıza çox pis təsir edəcək.
Müstəqil fəaliyyət göstərməyə çalışın.
Günün ikinci yarısında görüş yaxşı nəticə verəcək. Çoxdan bəri maraqlandığınız insanda özünüzlə bağlı müsbət rəy formalaşdırın. Diqqət yetirilməyə layiq insanı kütlədən ayırmağı bacarın.