65286deb519b2202310230635
Gürcüstanda azərbaycanlı qətlə yetirildi

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.

Panaseam.az APA-ya istinadən xəbər verir ki, insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.

Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.

O, aldığı güllə yarasından yerindəcə keçinib.

Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başladılıb.

13.10.2023 02:05
632

(MGID): :
OXŞAR XƏBƏRLƏR