64d9bd3151ee6202308233545
Hacıqabulda kütləvi zəhərlənmə baş verib

Hacıqabulda kütləvi zəhərlənmə baş verib.

Panarama.az  “Report”-a istinadən  Aran bürosunun məlumatına görə, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Məmmədli Soltanəli Rövşən oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1952-ci il təvəllüdlü Soltanova Sidiqə Məmməd qızı, 1994-cü il təvəllüdlü Süleymanova Pikəxanım Hafiz qızı, Süleymanova Nuranə Hüseyn qızı, 1973-cü il təvəllüdlü Əliyeva Afaq Soltanəli qızı, 2017-ci il təvəllüdlü Süleymanov Məhəmməd İlkin oğlunun halı pisləşib.

Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

14.08.2023 09:33
213

(MGID): :
OXŞAR XƏBƏRLƏR