6527397f4c3fe202310231039
Hacıqabulda yanğın: 5 nəfər həlak oldu -FOTO-VİDEO-YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunun Navahı qəsəbəsində ikimərtəbəli yataqxana binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Panarama.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.


*** 02.53

Hacıqabuldakı yanğlının bəzi təfərrüatları məlum olub.

Panarama.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində Abışova Aybəniz Yolçu qızı (1981), Abışova Sara (1950), Sadıqova Zəhra Elçin qızı (2010), Sadıqov Elgün Elçin oğlu (2012), Mahmudov Mütəllim Əliyar oğlu (1943) yanğın nəticəsində həlak olub.

Daha 2 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hazırda onların adları dəqiqləşdirilir. 

***

02.44

Xəbərə foto və video əlavə olunub.

*** 

02.32

Hacıqabul rayonunun Navahı kəndində yanğın baş verib. 

Panarama.az APA-ya istinadla xəbər verir ki, yanğın nəticəsində yaşayış evinin damı uçub. Hadisə zamanı 5 nəfər ailə üzvü də evdə olub. Qohumların eddiyinə görə onlar yanğında həlak olub.

Hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb olunub. Güclü külək alovla mübarizəyə mane olur. Hazırda yanğın lokallaşdırılıb. 



12.10.2023 04:07
269

(MGID): :
OXŞAR XƏBƏRLƏR