67f7c8daaeae0202504253418
Hava Limanı yolundakı ağır qəzanın VİDEOSU

Heydər Əliyev prospektində ağır qəza baş verib.

Panarama.az Reporta-a xəbər verir ki, "BYD" markalı avtomobil kənar yoldan çıxaraq maneəni dağıdıb və tunel istiqamətinə aşıb.

Nəticədə avtomobil "Ford" markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.




***

Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə aprelin 10-da saat 15:10 radələrində 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.

Panarama.az bildirir ki, Bu barədə Oxu24.com-un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü qadına  zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.

1974-cü il təvəllüdlü kişiyə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Həmin qəzadan videonu təqdim edirik:


10.04.2025 17:33
821

(MGID): :
OXŞAR XƏBƏRLƏR