64e279b714b03202308233815
Həftəyə 7 kiloqram arıqladan pəhriz...

Hər qadını gün ərzində bir sual maraqlandırır: nə geyinməli və paltarın əyinə yaxşı oturması üçün nə etməli? Buna görə artıq çəkidən tez bir zamanda xilas olmaq vacibdir. Bunun üçün ən əsas çıxış yolu pəhrizdən istifadə etməkdir. Gözəl bədən quruluşuna sahib olmaq istəyirsinizsə, həftəyə 7 kiloqram arıqladan pəhrizlərə əməl edin və sağlam qalın. Pəhriz iki versiyadadır və tez-tez dəyişmək mümkündür.

Panarama.az Axşam.az-a istinadən həmin pəhrizi təqdim edir:

Birinci pəhriz:
Bu pəhrizlə hətta 2 aya 16 kq. arıqlamaq da mümkündür

Günorta saat 12.00-a kimi istədiyini yeyə bilərsiniz: makaron, kartof, biskivit və şokolad. Amma tərkibində çox konservat olan qidalardan uzaq olun.
Saat 12.00-dan sonra bədənə piy yığan ərzaqlardan uzaq olun: tərkibində zülal olan qidalar yemək qadağandır. Yalnız suda bişmiş ət və tərəvəz məsləhətdir. Yeməyin miqdarı 300-350 qramdan çox olmamalıdır.
18.00-dan sonra tərkibində duz olan heç bir qidanı qəbul etmək olmaz. Axşam ya suda bişmiş tərəvəz, ya da yoqurt yeyin. Nə qədər su içməli? Gündə 1,5 litr su içmək kifayətdir. Gün ərzində şəkərsiz çay və kofe içmək olar.

Qətiyyən olmaz:
Şəkər və xroniki xəstəliklərdən əziyyət çəkənlərə, hipertoniklərə, mədəsində yara olanlara məsləhət deyil.

İkinci pəhriz:
Cənub incəliyi
Bu pəhriz məşhur amerikalı dietoloq Artur Aqatson tərəfindən icad edilib. İlk növbədə meyvə, çörək, düyü, makaron, kartof, şəkər tozu, spirtli içki, qənnadı məmulatlarından və şirniyyatdan (tort, biskvit) uzaq olmalısınız. Yalnız tərəvəz, göyərti, balıq və dəniz məhsulları, yağsız ət, yumurta, pendir yeyilməsinə icazə verilir.

• Səhər yağsız pendirlə yumurta yeyib, şəkərsiz çay içməlisiniz.
• Günorta menyusuna balıq, dəniz məhsullarından hazırlanan salat daxildir.
• Saat 18.00-dan sonra isə yağsız, suda bişmiş ət və çərəz məsləhətdir.
• Yemək miqdarı 300 qr.-dan çox olmamalıdır.
• Gündə 1,5 litr su içmək lazımdır.

Diqqət!
Pəhriz saxlayarkən gündə 1 stəkan təzə tərəvəz şirəsi içmək arıqlama prosesini daha da sürətləndirəcək. Əsasən də pomidor şirəsi içməyiniz məsləhətdir. İçərisinə qətiyyən şəkər tozu və ya duz tökməyin.

21.08.2023 00:36
164

(MGID): :
OXŞAR XƏBƏRLƏR