İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.
Panarama.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib.
“Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, - o deyib.
Qeyd edək ki, helikopter qəzasında həlak olanların adları açıqlanıb:
1 Prezident İbrahim Rəisi
2 Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi
3 İmam Cümə Təbrizi
4 Xarici işlər naziri Hüseyn Əmir Abdullahian
5 Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti
6 Pilot
7 İkinci pilot,
8 Sərnişin köməkçisi,
9 Mühafizə dəstəsinin rəhbəri
10 Mühafizəçilərdən biri olub./sfera.az