HƏMAS-ın İsrailə hücumu nəticəsində 100 nəfər ölüb.
Hadisə nəticəsində yaralananların sayı 800 nəfərə çatıb.
Məlmatda çox sayda girovun Qəzzaya aparıldığı da bildirilir.
***16:43
Son məlumatlara görə, İsrailə raket zərbələri nəticəsində azı 40 nəfər ölüb, 740-dan çox insan yaralanıb.
Bu barədə TASS məlumat yayıb.
Hazırda İsrail ordusu Qəzza sektorunda HƏMAS mövqelərinə zərbələr endirir.
***13:50
İsrailə raket zərbələri nəticəsində azı 22 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Panarama.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
***12:45
İsrailin Qəzza zolağından atəşə tutulması nəticəsində azı 6 nəfər ölüb, 200 nəfər yaralanıb.
Panarama.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri yazıb.
Ölənlər arasında Şaar Hanegev regional şurasının rəhbəri Ofir Libşteyn də var.
***11:45
İsrail ərazisinə Qəzza zolağından atılan raketlərdən sonra 80-ə yaxın yaralı ölkənin cənubundakı Beer-Şeva şəhərindəki “Soroka” xəstəxanasına aparılıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
***10:46
İsrailin mərkəzinin Qəzza zolağından raket atəşinə tutulması ilə əlaqədar ölkədə hərbi vəziyyət elan edilib.
Panarama.az xarici mətbuata istinadən xəbər verir ki, bu səbəbdən ölkədə oktyabrın 7-nə nəzərdə tutulan bütün etiraz nümayişləri təxirə salınıb.
Xatırladaq ki, raketlərin İsrailin cənub və mərkəz rayonlarına düşməsi nəticəsində ölənlər və yaralananlar var.
***10:15
İsrail Müdafiə Qüvvələri bu gün Qəzza zolağından atılan kütləvi raket atəşi fonunda "müharibə hazırlığı vəziyyəti" elan edib.
Panarama.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.
Bundan əvvəl İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın ərazilərdə, eləcə də Təl-Əviv ərazisində hava siqnalları səslənməyə başlayıb.
Xatırladaq ki, Qəzza zolağı faktiki olaraq Fələstinin HƏMAS hərəkatının nəzarəti altındadır və İsrail onu terrorizmdə, onun təhlükəsizliyinə təhdid yaratmaqda ittiham edir./baku.ws
https://x.com/jengelmayer/status/1656341080952930325?s=20