Bu gün saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.
Panarama.az bildirir ki, Sfera.az DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.