65c1f782190eb202402241026
Hərbi qulluqçuların aylıq vəzifə maaşları artırılıb - QƏRAR

Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri artırılıb.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərarlara dəyişikliklə bağlı Qərar imzalayıb.

Qərarla Azərbaycan Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır.

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

06.02.2024 13:09
325

(MGID): :
OXŞAR XƏBƏRLƏR