64d94f3485849202308234628
Həyatınızı dəyişdirib sizə xoşbəxtlik gətirən SEHRLİ SÖZ

Həyatda hər əməlimizə görə cavab verməli oluruq. Xoşbəxtlik bizim anlayışımızda çox bahadır və onu əldə etmək üçün mütləq bir bədəl ödəməliyik. Yolun sonunda bizi əsl xoşbəxtliyin gözləydiyinə inanaraq çoxlu qurbanlar veririk. Özümüzü sevincdən məhrum edərək sonsuz ağrılara tab gətiririk. Yaxınlarımıza yarınmaq üçün özümüzü ikinci plana salırıq.

Bəs uğrunda özümüzü fəda etdiyimiz insanlar əziyyətimizi qiymətləndirir? Biz sabah, bir gün sonra, gələn həftə, gələn ay və ya bir il ərzində xoşbəxt olacağımıza dair deyilən əfsanələrə inanırıq. Deyirlər ki, xoşbəxtliyə çatmaq üçün səbr etməlisiniz. Bəs dözümlülük və səbir nə vaxta qədər davam etməlidir ki, xoşbəxt olaq?

Psixoloqlar deyir ki, xoşbəxt olmaq üçün ilk növbədə insan özü-özünə icazə verməlidir, oturub nələrinsə düzələcəyini gözləmək lazım deyil. Odur ki, elə bu gün xoşbəxt olmağa başlayın. Bunun üçün qəlbinizdə yığılmış yüklərdən azad olmağı öyrənməlisiniz. Xəyal və arzuları heç bir halda təxirə salmayın. Hər şeyi təxirə salsanız, ömrünüzün sonuna qədər əsl xoşbəxtliyin nə olduğunu bilmədən yaşayacaqsınız. Məsələn, Sovet dövründə hər şey az tədarük edildiyi zaman insanlar Portuqaliya çəkmələri və ya büllur dəsti almaq üçün uzun növbələrə düzülərdi. Qiymətli və nadir əşyananı evin ən etibarlı küncündə saxlayırdılar. Servis servanta düzülür və sadəcə ən hörmətli qonaqlar üçün istifadə edilirdi, çəkmələri də eyni tale gözləyirdi. Zaman keçdi, ittifaq dağıldı, bir çox şey ortaya çıxdı, çəkmə və servis isə hələ də istifadə edilməmiş qaldı. Gənclik də əldən getdi... Sizcə, aldığımız əşyaları elə bu gün istifadə edərək zövq almaq yaxşı olmazdımı? Axı sabahın nələr gətirəcəyini heç kim bilmir. Anı yaşamaq əsl xoşbəxtlikdir. Hər saniyədən hər şeyin maksimumu əldə etməyə çalışmalı və mifik xoşbəxtliyi gözləməməliyik.

Sizi elə indi xoşbəxt edə bilən, kiməsə gərəksiz duyduğunuz borc və günah hissindən xilas edən sehrli fraza var. Həyatınızda sevincli anlar baş verəndə, xəyalən bu sözü deyin – Hər şey ödənib.

Şəxsi həyatda xoşbəxtlik arzu edirsiniz? “Hər şey ödənib” deyin.

Sədaqətli kişi ilə ailə qurmaq istəyirsiniz? “Hər şey ödənib” söyləyin.

Yüksək maaşlı iş axtarırsınız? Sehrli sözləri təkrar edin: “Hər şey ödənmişdir”.

Gözəl ev və ya maşın almaq niyyətindəsiniz? Odur ki, “Hər şey ödənmişdir” deməyi unutmayın.

Taleyinizin sahibi olun, keçmişlə yaşamaqdan vaz keçin. Özünüzdə günahkarlıq hissi yetişdirməyin. Bu fraza həyatınıza sehrli bir şəkildə təsir edərək sizi bütün yüklərdən azad edir və xoşbəxtlik yolunu açır. Bir neçə dəfə cəhd etdikdən sonra təsirinin necə güclü olacağına çox təəccüblənəcəksiniz. Hətta indi inanmaq çətin olsa belə. Yadda saxlayın ki, özünüz istəmədiyiniz halda heç kim həyatınızı dəyişdirə bilməz.

14.08.2023 01:45
287

(MGID): :
OXŞAR XƏBƏRLƏR