66a7cafb12e24202407240147
Hidayət Heydərov olimpiadada qızıl medal qazandı - YENİLƏNİB+VİDEO

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında finalda qalib gəlib.

73 kq çəki dərəcəsində yer alan idmançı fransalı Con Benjamin Qaba ilə qarşılaşıb.

Rəqibinə qalib gələn H.Heydərov qızıl medal qazanıb.



***19:14

Azərbaycan cüdo yığmasının lideri Hidayət Heydərov (73 kq) finala vəsiqə qazanıb. 

Yarımfinal qarşılaşmasında idmançımız Akil Qyakovadan (Kosova) üstün olub. 

Bununla da Hidayət Heydərov Azərbaycana Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk medalı təmin edib.

Həmin medalın (gümüş və ya qızıl) əyarı isə qarşıdakı dəqiqələrdə müəyyənləşəcək.



***15:39

Hidayət Heydərov Olimpiadanın yarımfinalına yüksəlib. O, bu mərhələdə Kanada idmançısı Artur Marqelidona qalib gəlib. Hidayət finala çıxmaq uğrunda Manuel Lombardo (İtaliya) - Akil Qyakova (Kosova) cütünün qalibi ilə üz-üzə gələcək.  

Hidayət Heydərov Olimpiadaya uğurla start verib. O, 1/8 finalda Tohar Bitbula (İsrail) qalib gəlib. 



***11.30

Paris Olimpiadasında cüdoçuların mübarizəsi davam edir.

BAKU.WS xəbər verir ki, bu gün mübarizəyə Azərbaycan cüdo yığmasının lideri Hidayət Heydərov (73 kq) qoşulur.

Təmsilçimiz ilk döyüşdən azaddır. 1/8 final mərhələsində təmsilçimiz Tohar Bitbul (İsrail) - Messud Dris (Əlcəzair) cütünün qalibi ilə döyüşəcək. İlkin məlumata görə, əlcəzairli idmançı rəqibi ilə döyüşə çıxmayacaq. 

Döyüşlər saat 12:00-dan etibarən başlayacaq.



29.07.2024 21:01
504

(MGID): :
OXŞAR XƏBƏRLƏR