66a84d57cfdba202407241759
İbn Sinanın “can dərmanı” adlandırdığı qarpızın 1001 faydası

Deyilənə görə, böyük loğman İbn Sinanın yolu bir dəfə yayda Azərbaycanın Aran ellərindən düşüb. Vəba xəstəliyini mülaicə eləmək üçün el-el dolaşan alim Aranda bitən dadlı qarpızlardan  yedikdən sonra deyib ki, sizə Allah dərd də verib, dərmanın da. Can dərmanınız bu qarpızdır. Bol- bol yeyin, su əvəzinə onu işlədin.

Panarama.az “Şəfalı bitkilər” rubrikasında hazırda mövsümü olan qarpızdan bəhs  edir.

Qarpız yemək orqanizmin su ilə təminatını dəstəkləyir, xərçəngin qarşısını almağa kömək edir, iltihabı və oksidləşdirici stresi azaldır, ürəyi sağlamlaşdırır. 

Qarpızın tərkibində eyni zamanda E və T vitaminləri, tiamin, riboflavin, niasin, B6 vitamini, foli turşusu, pantoten turşusu, kalsium, dəmir, maqnium, fosfor, kalium, natrium, sink, mis, marqans və selen var. Orqanizmin su təminatını dəstəkləyir. Su qəbul etmək orqanizm üçün çox vacibdir. Maraqlıdır ki, qarpızın 92 faizi sudan ibarətdir.

Qarpızın tərkibində bir sıra antioksidantlar, C vitamini, karotinoid, likopin, E kukurbitasini var.
Böyrəkdəki duzların, daşların təmizlənməsinə kömək edir.

Qarpız qabığının dəri üçün çox yaxşı bir təmizləyici və nəmləndiricidir. Xüsusilə qarpızın qabığına yaxın olan ağ hissələri ilə üzünüzü masaj edə bilərsiniz. Ayrıca iltihab əleyhinə bir təsir xüsusiyyətinə malikdir.

Qarpız toxumu xolesterol səviyyənizi tarazlıqda saxlayır və pis xolesterolu(LDL) azaldır.İçindəki lif mədə və bağırsaq sistemini tənzimləyir. Qəbizlik və həzm pozğunluğu kimi problemlərin qarşısını alır.

İçərisində likopen olan qarpız xərçəngə səbəb olan toxumaların zədələnməsinin qarşısını almaqda mühüm rol oynayır. Yüksək miqdarda antioksidan xüsusiyyətləri sayəsində bədəndəki zərərli toksinlərin səbəb ola biləcəyi zərərlərin qarçşısını alır. Beyin sağlamlığınızı gücləndirir. Tərkibindəki xolin sayəsində uzun müddətli yaddaşı qorumağa kömək edir./lent.az

30.07.2024 06:16
444

(MGID): :
OXŞAR XƏBƏRLƏR