64df3aca96e5c202308233258
İcazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlərin 40 min manat cərimələnməsinə dair qanun təsdiqlənib

Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcək.

Panarama.az report-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.

Məcəlləyə əsasən icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.

18.08.2023 13:29
167

(MGID): :
OXŞAR XƏBƏRLƏR