İdmançı canlı yayım açıb 3 nəfəri öldürdü - Film kimi QƏTL
- Bosniya və Herseqovinada dəhşətli qətl hadisəsi olub.
Fitness müəllimi olan Nərmin Süleyamnoviç sosial şəbəkədə canlı yayım açaraq, əvvəlcə odlu silahla keçmiş arvadını öldürüb. Daha sonra o, yol ilə gedən ata-oğul türklərin həyatına son qoyub.
Bundan sonra polis şəhərə həyəcan siqnalı verərək sakinləri tədbir görməyə çağırıb. N. Süleyamnoviç qaçarkən polislərə atəş açıb. Nəticədə 1 polis, öldürdüyü türk gəncin anası və daha bir nəfəri yaralayıb.
Sonda onun intihar etdiyi bildirilir. Məlumata əsasən, qatil əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi və polisə müqavimət göstərməkdə ittiham olunub.