658f0cb0f1e7c202312231512
İki bacı faciəvi şəkildə VƏFAT ETDİ...

Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

Panarama.az-ın "Report"a istindən məlumatına görə, onlar rayonun Uzuntəpə kənd sakinləri - 2019-cu il təvəllüdlü Abdullayeva Nərmin Vüsal qızı və bacısı 2016-cı il təvəllüdlü Abdullayeva Leyla Vüsal qızıdır.

Bədbəxt hadisə bacıların evlərinin qarşısından keçən Cənubi-Muğan kanalında baş verib.

İlkin ehtimala görə, ehtiyatsızlıqdan əvvəlcə kiçik bacı kanala düşüb. Böyük bacısı onu çıxarmağa kömək edən zaman boğulub.

"Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

29.12.2023 22:13
4108

(MGID): :
OXŞAR XƏBƏRLƏR