Moskva yaxınlığındakı Odintsovoda iki yaşlı uşaq bıçaq xəsarəti alıb.
Panarama.az Rusiya mediasına istinadla bildirir ki, hadisə saat 23 radələrində uşaqların oyunu zamanı baş verib. Uşaq əkiz qardaşının arxasınca qaçıb və qəfil əlində bıçaq olan qardaşı ilə üz-üzə gəlib. Nəticədə bıçaq azyaşlının sinəsinə xəsarət yetirib.
Zərərçəkmiş döş qəfəsindən aldığı yara ilə xəstəxanaya yerləşdirilib./lent.az