İkimərtəbəli evinə qəsdən od vurdu - Hadisəni törədən şəxsin ETİRAFI... VİDEO
Sumqayıtda baş vermiş yanğının təfərrüatı məlum olub.
Hadisə şəhərin "Qurd dərəsi" adlı ərazisində yerləşən fərdi yaşayış mənzillərinin birində qeydə alınıb.
Ev sahibi Zakir Qasımov isə yanğını qəsdən törətdiyini söyləyib: "Evi özüm yandırmışam. İstəmirəm ki, arvadıma və oğluma qalsın, 10 ildir ki, aramızda söz-söhbət var", - deyə o söyləyib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
09 may, 22:36
Sumqayıtda fərdi yaşayış evi yanıb. Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli evdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində altıotaqlı evin 1-ci mərtəbəsində 4 ədəd soyuducu, ümumi sahəsi 15 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və taxta materiallar yanıb. Fərdi yaşayış evi yanğından mühafizə olunub.
"Report"un məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib. İddialara əsasən, yanğını ev sahibi qəsdən törədib.
Faktla bağlı araşdırma aparılır.