66abc13e269c4202408240918
İkinci qızılımız - Zelim çempion! - YENİLƏNİB - VİDEO - FOTO

Azərbaycan Fransada keçirilən Yay Olimpiya Oyunlarında ikinci medalı qazanıb.

Panarama.az xəbər verir ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev finalda Gürcüstan idmançısı İlya Sulamenizdeni məğlub edərək Olimpiya çempionu adını qazanıb.

Bununla, Azərbaycan Olimpiya komandası hesabına ikinci qızıl medalı yazdırıb.

Bundan əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) qızıl medal qazanmışdı.


Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Panarama.az Trend-ə istinadən xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançımiz yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşı qarşıya gəlib.

Rəqibinə qalib gələn Kotsoyev finala vəsiqə qazanıb.

Təmsilçimiz finalda İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.


01.08.2024 21:08
322

(MGID): :
OXŞAR XƏBƏRLƏR