64da0127a8728202308232543
İlham Əliyev Ramiz Məliki təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Ramiz Məliki təltif edib.

Panarama.az Axşam.az-na istinadən xəbər verir ki, dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb. 

Sənədə əsasən,  Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Ağarza oğlu Məlik “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, avqustun 4-də Ramiz Məlikin 80 yaşı tamam olub.

14.08.2023 14:22
182

OXŞAR XƏBƏRLƏR