İlham Mirzəliyev “Azəristiliktəchizat” ASC-nin sədri təyin edildi
Prezident İlham Əliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edilməsi barədə Sərəncam imzalayıb.
Panarama.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu vəzifəyə İlham Ata oğlu Mirzəliyev təyin edilib.
Qeyd edək ki, bundan əvvəl İ.Mirzəliyev “Azəristiliktəchizat” ASC-nin sədr müavini olub.