660b552c10442202404244532
“İlhamənin mənə söz deməyə ixtiyarı çatmazdı" - Ayan

Müğənni Ayan Babakişiyeva "Xəbərin var?" verilişində maraqlı açıqlama verib. 

Panarama.az lent.az-a istinadən xəbər verir ki, o mərhum müğənni İlhamə Quliyevanın  öz həmkarları arasında söz-söhbət yaratdığını bildirib.

"İlhamə Quliyevanın vaxtında şou-biznesdə qalmaqallar daha çox idi. İlhamə xanım öz çevrəsini, yəni müğənnilərdən ibarət komandasını toplayıb deyirdi ki, sən filankəs müğənni efirə çıxıb həmkarına söz atacaqsan. İlhamə xanım komandasında olan müğənnilərə müyyən göstərişlər verirdi. Şou-biznesin qalmaqal mərkəzində bu komandalar olurdu", - o bildirib. 

Ayan deyib ki, İlhamə Quliyeva ilə arasında həmişə sərhəd qoyub:  

"Onunla çərçivə və sərhəd saxlamışam. Heç kimin mənə səhnədə qadağa qoymağa ixtiyarı çata bilməzdi. Çünki məni bu sənətə İlhamə Quliyeva gətirməyib".


02.04.2024 04:42
3571

(MGID): :
OXŞAR XƏBƏRLƏR