64ec6efbebbe1202308235507
İlkin Həsəni yükdaşıma şirkətini məhkəməyə verdi (SƏBƏB)
Yükdaşıma şirkəti olan "Azcargo Logistics and Management  Services” MMC məhkəməyə verilib. 
Panarama.az Qaynarinfo-ya istinadən  xəbər verir ki, iddiaçı "İlk Media” MMC-dir. İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın sədrliyi ilə baxılacaq. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir. 
"Azcargo Logistics and Management Services” MMC 27 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Mustafayev İsmixan Məmməd oğludur. O, həm də şirkətin icraçı direktorudur."Azcagro Logistics and Management Services” MMC bundan əvvəl "ASR-Traffik” MMC adı altında fəaliyyət göstərib. MMC həm də 188 yükdaşıma xidməti kimi tanınır. 
"İlk Media” MMC-yə gəlincə, şirkət 13 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Həsəni İlkin Aydın oğludur. 
İlk Həsəni tanınmış teleaparıcı, "Bozbaş Pictures” layihəsinin rəhbəri və "Şəmi müəllim” obrazının müəllifidir.
28.08.2023 13:53
214

(MGID): :
OXŞAR XƏBƏRLƏR