65e4bbb8e1418202403240440
İltihabdan xərçəngə qədər bütün xəstəliklərə çarə olan BİTKİ

Qədim zamanlarda amarant dini ayinləri zamanı və həm də qida kimi çox geniş istifadə olunurdu. Əsrlər keçdi, amarant unuduldu və daha çox yabanı bitki kimi tanınmağa başlandı.

Lakin indi bu bitkiyə olan maraq artmaqdadır, onun inanılmaz qidalı və müalicəvi xüsusiyyətləri aşkar olunub.

Amarantın unikal müalicəvi xüsusiyyətlərini sizə təqdim edirik:

- Toxumaların bərpasını stimullaşdırır

- İltihabları azaldır

- Xroniki xəstəliklərin və o cümlədən xərçəngin riskini azaldır

- Təzyiqi salır

- Sümükləri daha bərk edir

- Damarları möhkəmləndirir

- Saçları gözəl və sağlam edir, saçların ağarmasını ləngidir

- Artıq çəkidən xilas edir

Mütəxəssislərin fikrinə görə amarantın bütün hissələri (gövdə və yarpaqları, kökü, toxumları)  faydalıdır və qidalanmada istifadə oluna bilər.

Amarantda olan zülalların miqdarı toyuqda olan züllallarla demək olar eynidir. Həmçinin bu bitki bir çox vitaminlər (A, C, E, B qrupu), liflər, kalsium, fosfor, kalium, maqnezium, mis, dəmirlə zəngindir.

Amarantın toxumları dünyada "super-fud" sayılır. Mütəxəssislər onların qidalı xüsusiyyətlərini çox yüksək qiymətləndirərək uşaqların qidalanmasına daxil etməyi tövsiyə edirlər. Amarant toxumlarında qlüten yoxdur ki, bu da onları qlütenə dözülməzliyi olan uşaq və böyüklər üçün faydalı edir.  

Amerika alimləri aşkar ediblər ki, amarant yağının istehlakı qanda xolesterinin səviyyəsini aşağı salır və bununla da insanı ürək və damar xəstəliklərindən qoruyur. Ürəyin işemik xəstəliyi və hipertoniyadan əziyyət çəkənlər üçün amarant əsl şəfadır.

Rutinlə zəngin olan amarant damarların divarlarını möhkəmləndirərək varikoz xəstəliyinin inkişafına mane olur.

Amarantda "lunazin" adlı peptid aşkar olunub. Bu peptid güclü xərçəngəleyhinə təsir edir və həmçinin şəkərli diabet, ürək xəstəlikləri və insultdan qoruyur.

Amarant yağınn tərkibində olan nadir maddə "skvalen" orqanizmin hüceyrələrini cavanlaşdırır, xərçəngin yayılmasının qarşısını alır, eksema, psoriaz, dəmrov, yanıqlar, trofiki xoralar zamanı dərinin daha tez sağalmasını təmin edir.   

Amarant yağı həmçinin bu kimi xəstəlik və pozulmalar zamanı yardım edir:

- kişilərdə cinsi zəiflik və sonsuzluq zamanı

- sümük və oynaq xəstəliklərində (artrit, artroz, osteoporoz, poliartrit)

- qanazlığı

- sinir sistemi pozulmaları

- qadın xəstəlikləri və menstruasiya pozulmaları zamanı. 

(saglamolun.az)

03.03.2024 22:04
425

(MGID): :
OXŞAR XƏBƏRLƏR